Azedu.az

AzMİU-da yenin təqaüd proqramına start verilib

Universitetlər

28 İyul 2025, 13:12
AzMİU-da yenin təqaüd proqramına start verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Holberton School Azerbaijan ilə birgə həyata keçirdiyi təqaüd proqramının rəsmi açılış mərasimi baş tutub.

AzEdu.az xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, Holberton məktəbinin nümayəndələri, proqram iştirakçıları iştirak ediblər. Tədbirin açılışında Holberton School Azerbaijan-ın icraçı direktoru Şəmsi Bayramzadə  çıxış edərək  tələbələri təbrik edib, məktəbin fərqli yanaşmalarından və tələbələr üçün mövcud imkanlarından bəhs edib, həmçinin beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Daha sonra AzMİU İKT Mərkəzinin direktoru Sərxan Talıbzadə layihənin məqsədləri, tələbələr üçün yaratdığı imkanlar, praktiki İT biliklərinin mənimsənilməsinin əhəmiyyəti haqqında məlumat verib.

Çıxış edənlər proqramın tələbələrə qlobal rəqabətə davamlı bacarıqlar qazandıracağını, innovativ yanaşmanı təşviq edəcəyini və ölkədə İT sahəsinin inkişafına töhfə verəcəyini qeyd ediblər.

Qeyd edək ki, bu proqrama seçilən müxtəlif ixtisaslardan olan 32 tələbəmiz 100%-lik təqaüdlə 9 ay boyunca Computer Science, Software Engineering təlimləri alacaqlar.

Tədbirin sonunda mentorlar iştirakçılarla təcrübələrini bölüşüblər və dərslərə start verilib.

   

Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox