Azedu.az

AzMİU-nun biznes inkubatoru beynəlxalq səviyyədə tanındı

Universitetlər

28 İyul 2025, 10:47
AzMİU-nun biznes inkubatoru beynəlxalq səviyyədə tanındı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnnovativ Biznes İnkubator mərkəzi Global Innovation Institute (GINI) tərəfindən Akkreditə Olunmuş Biznes İnkubator (ABI®) statusu alaraq rəsmi beynəlxalq sertifikatla təltif edilib.

AzEdu.az xəbər verir ki, bu nailiyyət AzMİU-nun innovasiya, sahibkarlıq və startup ekosisteminin inkişafına
verdiyi davamlı dəstəyin və sistemli fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının
göstəricisidir.

Qazanılan sertifikat aşağıdakı istiqamətlər üzrə mühüm irəliləyişlərin nəticəsidir:
- tələbələrin innovativ ideyalarının stimullaşdırılması;
- startapların inkşafı üçün effektiv mühitin yaradılması;
- akademik biliklərin real bazar ehtiyacları ilə inteqrasiyası;
- beynəlxalq əməkdaşlıqlar üçün yeni imkanların açılması.

Sertifikasiya prosesi çərçivəsində həyata keçirilən audit və akkreditasiya mərhələlərində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Code Academy komandası tərəfindən göstərilən texniki və metodoloji dəstək əhəmiyyətli rol oynamışdır.

AzMİU bu beynəlxalq tanınmanın ölkədə innovasiya və sahibkarlığın inkişafına əlavə töhfə verəcəyinə inanır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox