Azedu.az

Respublika üçüncüsü: BANM-da təhsil almağı düşünürəm

Universitetlər

25 İyul 2025, 10:15
Respublika üçüncüsü: BANM-da təhsil almağı düşünürəm

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. 

Belə ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən 2 nəfərdən biri  (400 bal)  Neftçala rayonu Qədimkənd kənd orta məktəbinin məzunu Əlili Müşviq Aqil oğludur.

Əlili Müşviq Aqil oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (698.3 bal) göstərən abituriyentdir. 

O, imtahanın birinci mərhələsində 298.3 bal toplayıb. 

AzEdu.az bu münasibətlə həmin abituryentlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Müşviq imtahan nəticələrinin sevincini ilk dəfə valideynləri ilə bölüşdüyünü dilə gətirib: "Nəticəmi görəndə bu sevincimi ilk valideynlərimlə bölüşdüm. Yüksək bal toplayacağımı gözləyirdim, çünki cavablar rəsmi açıqlanmamışdan əvvəl düzgün cavab etalonları ilə yoxlamışdım.

Buraxılış imtahanında Azərbaycan dili fənnindən 2 bal itirdiyim üçün tam nəticə əldə edə bilmədim. Düşünürəm ki, bakalavr təhsili almaq üçün ya BANM, ya da ADA univeristetlərindən birini seçəcəyəm. Lakin böyük ehtimalla seçimim BANM-da informasiya təhlükəsizliyi ixtisası olacaq. Magistratura pilləsini xaricdə davam etdirməklə bağlı dəqiq planım hələ ki, yoxdur".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox