UNEC Təcrübənin təşkili şöbəsinin müdiri, f.ü.f.d Leyla Nəzirzadənin oğlu magistraturaya qəbul olub.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, Yusif Yusifzadə magistraturaya qəbul imtahanında 76 bal toplayıb.
Belə ki, o 2004-cü ildə Bakıda anadan olub. 2021-ci ildə Zərifə Əliyeva adına liseyi bitirib. 2021-2025-ci illərdə UNEC Sabah Mərkəzində “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə bakalavr təhsili alıb. ÜOMG: 91,2746 baldır.
İxtisas seçimi edərkən 15 ixtisaslaşma üzrə yalnız UNEC-i qeyd edib və ilk seçdiyi Dövlət sifarişli “İqtisadi siyasət” (Tədris ingilis dilində) ixtisasına qəbul olub.
Qeyd edək ki, ailənin böyük oğlu Yusifzadə Ömər də hazırda UNEC-in “Vizual media və dizayn” ixtisaslaşması üzrə təhsilin II ili magistrantıdır. Ömər bakalavr təhsilini Bakı Mühəndislik Universitetində alıb.