Azedu.az

Azərbaycan Universitetində tələbələrin xarici dil bilikləri hansı səviyyədədir?

Universitetlər

18 İyul 2025, 13:04
Azərbaycan Universitetində tələbələrin xarici dil bilikləri hansı səviyyədədir?

Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan tələbələrin dil səviyyələrini öyrənmək məqsədilə AzEdu.az Azərbaycan Universitetinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, Azərbaycan Universitetində bakalavriat səviyyəsi üzrə 8 ixtisasın (İnformasiya təhlükəsizliyi, Biznesin idarə olunması, Marketinq, İqtisadiyyat, Mühasibat, Maliyyə, Turizm işinin təşkili, Sosial iş) tədrisi ingilis dilində də aparılır: "Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən tələbələr birbaşa ixtisas təhsilinə başlayırlar. İngilis dili biliyi B2 səviyyəsində olan tələbələr üçün isə müsahibə və daxili imtahan təşkil olunur. Bu tələbələrin ixtisas təhsilinə - birbaşa birinci kursa başlaması üçün komissiyanın müsbət rəyi əsasdır. Bundan əlavə ingilis dilinin intensiv tədris edildiyi qruplarımız da var".

Tələbələrin təxminən 30%-nin dil bilikləri yüksək səviyyədədir

"Xarici dillər kafedrası tərəfindən hər tədris ilinin əvvəlində tələbələrin ingilis dili biliklərinin səviyyəsini müəyyənləşdirmək məqsədilə “Placement test” (səviyyə müəyyənləşdirici test) həyata keçirilir. Testin əsas məqsədi tələbələrin dil bacarıqlarını qiymətləndirmək və onların tədrisə daha uyğun şəkildə cəlb olunmasını təmin etməkdir. “Placement test” ingilisdilli tədris qrupları və intensiv ingilis dili dərsləri keçirilən ixtisaslar üzrə tətbiq olunur. Bu test tələbələrin dil bacarıqlarının obyektiv qiymətləndirilməsinə xidmət edir. Keçirilən testlər nəticəsində tələbələrin dil bilikləri səviyyələndirilir və bu məlumatlar dərslərin effektiv təşkili baxımından nəzərə alınır. Ümumilikdə tələbələrin təxminən 30%-i yüksək səviyyədə, 45%-i yaxşı səviyyədə, 25%-i isə orta səviyyədə dil biliklərinə malik olur".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox