Azedu.az

Əcnəbi tələbələrin ən çox seçdiyi ixtisaslar- SORĞU

Universitetlər

16 İyul 2025, 12:03
Əcnəbi tələbələrin ən çox seçdiyi ixtisaslar- SORĞU

Qlobal təhsil mühitində rəqabət artdıqca, tələbələr üçün ölkə və ixtisas seçimi daha strateji məna kəsb etməyə başlayıb. Azərbaycan da əcnəbi tələbələrin təhsil üçün müraciət etdiyi istiqamətlər arasında yer almaqdadır.

AzEdu.az bu kontekstdə onların ölkəmizdə ən çox üstünlük verdiyi ixtisasları öyrənmək məqsədilə müxtəlif universitetlərə sorğular göndərib.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) mətbuat xidmətindən bildirilib ki, əcnəbi tələbələrin ən çox seçdiyi ixtisas xüsusi pedaqogikadır.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən verilən məlumata əsasən, əcnəbi tələbələrin seçdikləri əsas istiqamətlər hüquqşünaslıq və psixologiya ixtisaslarıdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən verilən məlumata görə, xaricdən gələn tələbələrin üstünlük verdiyi ixtisaslar kompüter mühəndisliyi, neft-qaz mühəndisliyi, energetika mühəndisliyi, MBA BA proqramları üzrə iqtisadiyyat ixtisaslarıdır.

Azərbaycan Universitetinin (AU) mətbuat xidmətindən bildirilib ki, biznesin idarə edilməsi və kompüter mühəndisliyi ixtisasları xarici təhsilalanların ən çox seçdiyi sahələrdəndir.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat xidmətindən bildirilib ki, əcnəbi tələbələrin daha çox üstünlük verdiyi bakalavriatura üzrə ixtisas Turizm işinin təşkili, magistratura üzrə isə Turizm işi ixtisasıdır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox