Hər il minlərlə abituriyent Azərbaycanın müxtəlif bölgələrindən ali təhsil almaq üçün Bakıya üz tutur.
Regionlardan üz tutan tələbə sayında hər hansısa bir azalma və ya artma müşahidə edilir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Azərbaycan Texniki Universitetinə (AzTU) sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, azalma müşahidə olunmayıb:
"Bütün regionlar üzrə tələbəmiz vardır.Masallı-Lənkəran və Gəncə-Qazax bölgəsindən olanlar çoxluq təşkil edir",- deyə universitetdən məlumat verilib.