Azedu.az

Xarici ölkələr üzrə diplomların verilmə TARİXİ- ARAŞDIRMA

Universitetlər

15 İyul 2025, 15:57
Xarici ölkələr üzrə diplomların verilmə TARİXİ- ARAŞDIRMA

Qloballaşan dünyada təhsilin beynəlmiləlləşməsi xarici ölkələrdə ali təhsil almaq istəyən tələbələrin sayını ildən-ilə artırır. Lakin təhsilin məzmunu və keyfiyyəti qədər, məktəbi və ya universiteti bitirdikdən sonra rəsmi diplomun verilməsi prosesi də tələbə və məzunlar üçün əhəmiyyətli mərhələdir.

Belə ki, dünyanın müxtəlif ölkələrində bu proses fərqli qaydalarla tənzimlənir. Bəzi ölkələrdə diplomlar məzuniyyət mərasimindən dərhal sonra təqdim olunsa da, digər ölkələrdə bu sənədlərin verilməsi aylarla gecikə bilər.

AzEdu.az xarici ölkələrdə məzunlara diplomların verilməsi tarixi ilə bağlı araşdırma aparıb.

Araşdırmaya görə, Amerika Birləşmiş Ştatlarında diplomlar adətən rəsmi məzuniyyət (degree conferral) tarixindən 6–8 həftə sonra verilir. Belə ki, məzuniyyət mərasimində (commencement) simvolik sənəd təqdim olunur, lakin bu rəsmi diplom deyil. Əsl diplom poçtla göndərilir və ya universitetdən götürülür.

Böyük Britaniya universitetləri məzuniyyət mərasimindən sonra 4–12 həftə ərzində diplomları təqdim edir. Bəzi universitetlər əvvəlcə “degree confirmation letter” və ya “transcript” təqdim edir. Diplomlar poçtla göndərilir və ya tələbə şəxsən universitetdən götürə bilər.

Almaniyada məzun olduqdan sonra müvəqqəti sertifikat (Zeugnis) təqdim olunur. Diplom (Urkunde) isə 2–6 ay ərzində verilir. Bəzi universitetlərdə diplomu almaq üçün ayrıca müraciət forması doldurmaq tələb olunur.

Türkiyədə məzuniyyət tarixindən dərhal sonra "geçici mezuniyet belgesi" (müvəqqəti diplom) verilir.Rəsmi diplom isə təxminən 1–3 ay sonra hazırlanır.Universitetə yaxınlaşaraq şəxsən götürmək və ya notariatdan etibarnamə ilə başqasına vermək olur.

Fransada diplomlar adətən məzuniyyətdən 6 ay sonra təqdim edilir. Bəzi universitetlər diplomların hazır olması ilə bağlı tələbələri e-poçt vasitəsilə xəbərdar edir.Diplom şəxsən alınmalı və ya rəsmi şəkildə poçtla sifariş edilməlidir.

Kanada da məzuniyyət mərasimindən sonra diplom təxminən 2–3 ay ərzində təqdim olunur.Universitetlər əvvəlcə rəsmi transkript və “proof of graduation” təqdim edir.Diplomlar poçtla göndərilir və ya kampusdan götürülə bilər.

İtaliyada diplomların hazırlanması 3–6 ay çəkə bilər.Əvvəlcə “Laurea” (bakalavr) və ya “Laurea Magistrale” (magistratura) üçün məzuniyyət təsdiqi sənədi verilir.Diplomlar adətən yalnız rəsmi tədbirdə (cerimonia di laurea) təqdim olunur.

Rusiyada diplomlar adətən yay aylarında (iyun–iyul) verilir. Tədris ilinin sonunda bütün imtahanlar və buraxılış işi (diplom işi) başa çatdıqdan sonra 1–2 ay ərzində diplom təqdim olunur.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox