Azedu.az

Azərbaycan Turizm və Menecment Universitetinin qırmızı diplomlu TƏLƏBƏLƏRİ

Universitetlər

15 İyul 2025, 14:45
Azərbaycan Turizm və Menecment Universitetinin qırmızı diplomlu TƏLƏBƏLƏRİ

Hər il olduğu kimi bu ildə universitetlərdən məzun olan tələbələr arasında akademik uğurları ilə fərqlənən, yüksək nəticələr əldə edib qırmızı diploma layiq görülənlər olub.

Bu il neçə tələbə qırmızı diploma layiq görülüb?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, bu tədris ilində universiteti ümumilikdə 419 tələbə bitirib.

Bakalavriat səviyyəsində 253 nəfər adi diplom, 3 nəfər isə fərqlənmə diplomu alaraq məzun olub. Beləliklə, bakalavriat səviyyəsində ümumi 256 məzun qeydə alınıb. Əlavə təhsil üzrə isə 11 nəfər tələbə adi diplomla məzun olub.

Magistratura səviyyəsində isə 135 nəfər adi diplom, 17 nəfər isə fərqlənmə diplomu ilə məzun olaraq universiteti bitirib. Beləliklə, magistratura üzrə ümumilikdə 152 məzun qeyd alınıb.

Ümumi nəticələrə əsasən 399 nəfər adi diplom, 20 nəfər isə fərqlənmə diplomu alıb.

ATMU-nu fərqlənmə diplomu ilə bitirən 20 tələbədən 17-si magistratura, 3-ü isə bakalavriat pilləsində təhsil alıb. Fərqlənmə ilə məzun olan magistrlərin siyahısı və ixtisasları belədir:

Əhalinin sosial müdafiəsi ixtisası üzrə:

1.Cəfərova Lamiə Ayaz qızı;

2.Dadaşova Güldəstə Şəmsi qızı;

3.Etibarlıova Məlahət Adil qızı;

4.Əliyeva Aysel Novruz qızı;

5.Həbibli Nəzrin Emil qızı.

Beynəlxalq mədəni əlaqələrin tarixi və nəzəriyyəsi üzrə:

1.Babazadə Aytac Çingiz qızı;

2.Məmmədova Lamiyə Maarif qızı;

3.Sadıqova Gülay Mayıl qızı.

Əhalinin məskunlaşması və yaşayış şəraitinin yaxşılaşdırılması üzrə:

1.Əliyeva Gülcan Zakir qızı.

Arxeologiya və tarixi memarlıq abidələrinin mühafizəsi üzrə:

1.Ağayev Tərlan Əli oğlu;

2.İdayətova Həcər Qabil qızı;

3.Mustafayeva Gültəkin Rizvan qızı.

Muzeyşünaslıq ixtisası üzrə:

1.Səməndərova Şəhriyar Aydın oğlu.

MBA (Sosial işin texnologiyası üzrə):

1.Aşurova Arzu Səmidəğa qızı;

2.Məmmədova Ləman Natiq qızı;

3.Məmmədhüseynova Lala Qəşəm qızı.

MBA (Turizm və otelçiliyin idarəedilməsi üzrə):

1.Bayramova Günay Namiq qızı.

Bakalavriat səviyyəsində fərqlənmə diplomu alan tələbələr:

Turizm işinin təşkili ixtisası üzrə:

1.Xəlilov İlham İqbal oğlu.

Tərcümə ixtisası üzrə:

1.Ağayeva Aytac Şehran qızı.

Tərcümə ixtisası üzrə:

1.Rizvanov Cavid Oktay oğlu.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox