Hər il minlərlə abituriyent Azərbaycanın müxtəlif bölgələrindən ali təhsil almaq üçün Bakıya üz tutur.
Regionlardan üz tutan tələbə sayında hər hansısa bir azalma və ya artma müşahidə edilir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Azərbaycan Universitetinə (AU) sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, 2022/2023-cü tədris ilində Azərbaycan Universitetinə qəbul olan və qeydiyyatdan keçən tələbələrin 28 faizi Bakı, 72 faizi isə regionlardan olub:
"2023/2024-cü tədris ilində də rəqəmlər eyni olub. 2024/2025-ci tədris ilində isə qəbul olan və qeydiyyatdan keçən tələbələrin 37 faizi Bakıdan, 63 faizi isə regionlardan olub".