"Ali təhsil müəssisələrinin qəbul planları açıqlanıb".
AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statsitik təhlili ilə bağlı çıxışı zamanı qeyd edib.
"2024-cü il üçün Azərbaycanın ali təhsil müəssisələrinə ilkin qəbul planları müəyyənləşdirilib. Belə ki ən çox plan yeri Bakı Dövlət Universitetinə (BDU) ayrılıb. Belə ki, bu ali məktəb üzrə ümumilikdə 6116 nəfərlik qəbul planı nəzərdə tutulur.
İqtisadiyyat sahəsində ixtisaslaşmış Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) üzrə isə ümumi plan yerlərinin sayı 5270-dir. Siyahıda üçüncü yeri 3825 plan yeri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tutur.
Digər universitetlər üzrə qəbul planları belədir: Azərbaycan Dövlət Pedaqoji Universiteti – 3030 yer, Azərbaycan Texniki Universiteti – 2705 yer, Azərbaycan Memarlıq və İnşaat Universiteti – 3544 yer, ADNSU nəzdində fəaliyyət göstərən Mühəndislik Universiteti – 1835 yer, Lənkəran Dövlət Universiteti – 1070 yer, Gəncə Dövlət Universiteti – 1260 yer və Azərbaycan Dövlət Aqrar Universiteti – 1775 yer".
Qeyd edək ki, qəbul planları həm Azərbaycan vətəndaşları, həm də xarici abituriyentlər üçün nəzərdə tutulub.