Azedu.az

Yeni tədris ilində hansı ixtisaslara tələbat artacaq? - PROQNOZ

Universitetlər

14 İyul 2025, 15:22
Yeni tədris ilində hansı ixtisaslara tələbat artacaq? - PROQNOZ

Yeni tədris ili ərəfəsində abituriyentlərin və valideynlərin ən çox düşündüyü suallardan biri də ali məktəblərə qəbul zamanı hansı ixtisaslara tələbatın artacağı və keçid ballarının necə dəyişəcəyi ilə bağlıdır.

2025–2026-cı tədris ilində hansı ixtisaslarda keçid ballarının artması gözlənilir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, 2025-2026 tədris ilində ali məktəblərə qəbul zamanı hansı ixtisaslara tələbatın çox və ya az alacağı, keçid balların artıb və ya azalması barədə proqnozlar əsasən əmək bazarındakı ehtiyaclar, beynəlxalq və yerli trendlər eyni zamanda ötən ilin statistikası əsasında fikir bildirmək olar:

"Keçid ballarının artması ehtimal olunan ixtisaslar düşünürəm ki,  I ixtisas qrupu üzrə informasiya texnologiyaları və kompüter elmləri kimi sahələri qeyd etmək olar. Səbəb odur ki, süni intellekt, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrə tələbat kəskin artıb.

Nəticə etibarı ilə kompüter mühəndisliyi, informasiya texnologiyaları, inrformasiya təhlükəsizliyi, komputer elmləri vəs. bu kimi ixtisaslarda müəyyən qədər keçid ballarında artım gözə çarpa bilər. Burda həmçinin şəhər və region məsələləri də var. Bu artımı biz daha çox prestijli ali məktəblərində görə bilərik.

Tibb ixtisasları var ki, burda hər zaman buraya stabil maraq var.Xüsusilə də müalicə işi, əczaçılıq, pediatriya və s. ixtisaslardır ki, hər zaman maraq var.Yüksək bal toplayan abituriyentlər daha çox həmin ixtisasları seçdikləri halda keçid ballarında müəyyən qədər artım gözlənilə bilər.

Təbii ki, bu bir ehtimaldır. Cəmiyyətdə hüquq ixtisasına artan tələbat bəzi prestijli universitetlərdə bu ixtsasın keçid balınının artmasına səbəb ola bilər. Maliyyə ixtisası isə daha çox BDU, UNEC, ANDSU, ADA universitetlərində keçid balının artmı gözləniləndir.

Həmçinin qrafik-dizayner kimi ixtisaslara da olan tələbat keçid ballarında artıma səbəb olacaq.Lakin keçid ballarının azalması və yaxud sabit qala biləcəyi bəzi ixtisaslar var. Düşünürəm ki, pedaqoji ixtisaslarda keçid balı sabit qalar. Ötən il pedaqoi ixtisaslara plan yeri azaldığı üçün bu da öz növbəsində keçid ballara da təsir etmişdi. Əgər pedaqoji ixtisaslarda plan yerləri artırılarsa, keçid ballarında azalma yaxud stabillik ola bilər. Çünki MİQ imtahanın çətinliyi müəllimlik peşəsinə olan marağı azaltmaq üzrədir.

Aqrar və kənd təəssüratları ixtisaslarıdır ki, buraya get-gedə maraq azalır. Yəni tələbat aşağı olduğundan keçid ballarında da artım olmasını düşünmürəm. Bəzi mühəndislik ixtisasları var ki, məsələn, mədən mühəndisliyi,mexanika mühəndisliyi bu kimi ixtisaslarda iş imkanlarının azalması hesab edirəm ki, keçid ballarında durğunluq yarada bilər.

Ümumiyyətlə ixtisas seçimi edən zaman həmin ixtisasın əmək bazarında tələbatı və iş imkanları dəyəndirilməlidir.Keçid ballarının azalması abituriyentlərin müraciət sayından, eləcə də plan yerlərindən asılı olan bir məsələdir. Belə ki, keçid balı o zaman aşağı olur ki, həmin ixtisasa əmək bazarında daha az iş imkanı olur”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox