Azedu.az

Qarabağ Universiteti gələcək həkimləri yetişdirməyə HAZIRDIR

Universitetlər

10 İyul 2025, 09:39
Qarabağ Universiteti gələcək həkimləri yetişdirməyə HAZIRDIR

"Qarabağ Universiteti “Müalicə işi” və “Tibb bacısı (qardaşı)” ixtisasları üzrə müasir tibb təhsilinə start verir!"

"Əziz abituriyentlər, müasir tibbin yeni ünvanı, Qarabağ Universitetidir!".

AzEdu.az xəbər verir ki, bu sözləri Qarabağ Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Fariz Əhmədov feysbuk hesabında qeyd edib.

O, bildirib ki, Tibb və sağlamlıq elmləri fakültəsi və Qarabağ Universitetinin Klinikası tələbələrə beynəlxalq standartlara uyğun praktik və nəzəri biliklərlə zənginləşdirilmiş təhsil mühiti təqdim edir:

"Qarabağ Universitetində tibbi təhsili bu, sadəcə ixtisas seçimi deyil, gələcəyin sağlam və güclü cəmiyyətini formalaşdırmaq üçün atılan əzmli bir addımdır.

Gələcəyin yüksək dəyərlərə sahib həkimi, tibb bacısı və sağlamlıq mütəxəssisi olmaq istəyən hər bir abituriyenti Qarabağ Universitetini seçməyə dəvət edirik!",- deyə F.Əhmədov söyləyib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox