Azedu.az

Dövlət xətti ilə təhsil alan tələbələrimizin SAYI-RƏSMİ

Universitetlər

9 İyul 2025, 13:10
Dövlət xətti ilə təhsil alan tələbələrimizin SAYI-RƏSMİ

Hazırda ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən çoxsaylı əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb.

Maraqlıdır, 2024-2025-ci tədris ili üzrə dövlət xətti ilə neçə tələbəmiz təhsil alır?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Elm və Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki,Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yalnız xaricdə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının təhsilinin təşkili həyata keçirilir:

"Bu xüsusda, 2024- 2025-ci tədris ilində 400-ə yaxın azərbaycanlı gənc HTP çərçivəsində Çin Xalq Respublikası, Latviya, Macarıstan, Qazaxıstan Respublikası, Rumıniya, Rusiya Federasiyası, Tacikistan Respublikası və Türkiyə Respublikasında bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alıblar. Onlar əsasən iqtisadiyyat və idarəetmə, humanitar və sosial, texniki və texnoloji, təbiət elmləri və s. ixtisas istiqamətləri üzrə təhsil alıblar. 

Həmçinin 2024/2025-ci tədris ili üzrə HTP çərçivəsində xaricdə təhsil alan Azərbaycan
Respublikası vətəndaşları ən çox “Al-Farabi Kazakh National University”, “Beijing Institute of Technology”, “Bucharest University”, “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “Hacettepe University”,  “Istanbul University”, “Shanghai Jiao Tong University”, “Tshingua University”, “University of Debrecen” xarici universitetlərdə təhsil alıblar".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox