Azedu.az

Universitetlərə ixtisas seçimi bu tarixdə BAŞLAYACAQ

Universitetlər

8 İyul 2025, 12:00
Universitetlərə ixtisas seçimi bu tarixdə BAŞLAYACAQ

Ali təhsil müəssisələrinə ixtisas seçimi mövzusu hər il abituriyentlər və valideynlər arasında böyük maraq doğurur. Son günlərdə bu prosesin başlanma tarixi ilə bağlı müxtəlif məlumatlar yayılmağa başlayıb və bu da gənclər arasında müəyyən çaşqınlıq yaradır.

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, ixtisas seçimi bütün imtahan nəticələri elan olunduqdan sonra həyata keçirilir:

"Seçimlər avqust ayında aparılacaq. Konkret tarixlər bəlli olanda məlumat veriləcək",-deyə mərkəzdən qeyd edilib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox