Azedu.az

Tələbələrin yerdəyişmə istəyi niyə qəbul edilmir? RƏSMİ

Universitetlər

7 İyul 2025, 14:20
Tələbələrin yerdəyişmə istəyi niyə qəbul edilmir? RƏSMİ

2024-2025-ci tədris ili üçün ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib. Belə ki, ötən il 1054 tələbə yerdəyişmə edib.

Bəs, görəsən,1521 tələbənin müraciəti hansı səbəblərdən dolayı qəbul edilməyib? Ümumiyyətlə hansı hallarda tələbənin müraciəti müsbət cavab ala bilmir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (EATDA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, müraciət edən şəxslərin bir hissəsi əsasən yerdəyişmə qaydalarının 2.8 ci bəndinin tələblərini ödəmədiyi üçün mənfi cavab alıb:

"Başqa sözlə, Dövlət İmtahan Mərkəzinin müsabiqə şərtləri ödənmədiyi üçün mənfi cavab verilib".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox