Artıq ölkənin bir çox ali təhsil müəssisələrində 2024/2025-ci tədris ili başa çatmaq üzrədir. Hər il olduğu kimi bu il də yüzlərlə tələbə universitetlə vidalaşaraq məzun adını qazanıb. Onlar içərisində fərqlənmə diplomu ilə bitirənlər də yer alır.
Bəs, bu il neçə tələbə fərqlənmə diplomu ilə ali təhsilini başa vurur?
Mövzu ilə bağlı AzEdu.az Lənkəran Dövlət Universitetinə (LDU) sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, LDU-da bakalavr səviyyəsi üzrə 1, magistratura səviyyəsi üzrə isə 11 məzun universiteti fərqlənmə diplomu ilə bitirib.