Azedu.az

BMU-nun neçə məzunu fərqlənmə diplomu ilə BİTİRİR? - SORĞU

Universitetlər

2 İyul 2025, 14:54
BMU-nun neçə məzunu fərqlənmə diplomu ilə BİTİRİR? - SORĞU

Artıq ölkənin bir çox ali təhsil müəssisələrində 2024/2025-ci tədris ili başa çatmaq üzrədir. Hər il olduğu kimi bu il də yüzlərlə tələbə universitetlə vidalaşaraq məzun adını qazanıb. Onlar içərisində fərqlənmə diplomu ilə bitirənlər də yer alır.

Bəs, bu il neçə tələbə fərqlənmə diplomu ilə ali təhsilini başa vurur?

Mövzu ilə bağlı AzEdu.az Bakı Mühəndislik Universitetinə (BMU) sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, bu il Bakı Mühəndislik Universitetindən ümumilikdə 1191 tələbə məzun olur:

"Onlardan 936-sı bakalavr, 147-si  magistratura və doktorantura, 108 nəfər isə MBA səviyyəsini bitirir. Ümumilkidə 74 nəfər fərqlənmə ilə təhsilini başa vurur".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox