Mingəçevir Dövlət Universitetinin tələbələrindən ibarət MDU-SKYRIDERS komandası universitet tarixində bir ilkə imza ataraq “RC planer” kateqoriyası üzrə təyyarə modeli hazırlayıb və Dünya Robot Çempionatında (World Robot Championship (WRC) iştirak hüququ qazanıb.
AzEdu.az xəbər verir ki, bu barədə MDU-nun rektoru Anar Eminov feysbuk hesabında paylaşım edib.
"MDU-SKYRIDERS komandamız təyyarə modelini uğurla təqdim edərək universitetimizin adını beynəlxalq platformada qürurla təmsil edib.
Komandamızın hər bir üzvünü – kapitan Muğumov Məhəmmədi, üzv Məmmədli Sübhanı və komanda mentoru, müəllimimiz Muradzadə Elvini səmimi-qəlbdən təbrik edir, əzmkarlıq və peşəkarlıqlarını yüksək qiymətləndirirəm.
İlk iştirak olsa da komandamız Mingəçevir Dövlət Universitetini uğurla təmsil etdiklərini deyə bilərik. Nəticədən asılı olmayaraq, tələbələrimizin kreativ və yenilikçi ideyaları universitet olaraq daim dəstəkləyirik.
İnanıram ki, bu başlanğıc MDU tələbələrinin texnologiya və mühəndislik sahəsində daha geniş uğurlarına yol açacaq. Türk mühəndislərin bu yolda bizə dəstək verəcəyindən əminəm"-,deyə rektor qeyd edib.