Azedu.az

UNEC regionda ilk rəqəmsal universitet modelini reallaşdırıb

Universitetlər

19 İyun 2025, 11:30
UNEC regionda ilk rəqəmsal universitet modelini reallaşdırıb

“Universitetimizin özəlliyi və ən böyük üstünlüyü ondan ibarətdir ki, regionda ilk dəfə rəqəmsal universitet modelini reallaşdıra bilmişik”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov UNEC-in 95 illik yubileyinə həsr edilmiş tədbirdə səsləndirib.

 

“2018-ci ildə, hələ pandemiyadan əvvəl, o vaxtkı təhsil naziri, hörmətli Ceyhun müəllimin iştirakı ilə universitetimizdə Distant Təhsil Mərkəzinin açılışını etmişik. Bu mərkəz 20 min tələbəyə eyni anda distant təhsil vermək imkanına malikdir.

 

Bütövlükdə təhsil prosesimiz rəqəmsallaşıb və təhsilin idarə edilməsi üçün istifadə olunan “Eduman” sistemi universitetimizə məxsus proqram təminatıdır. Bu platformanın yaradılmasında və universitetimizin rəqəmsallaşmasında bizə daim dəstək göstərən ULTRA şirkətinə və onun kollektivinə təşəkkür edirəm”.

Şok hazırlıq BAŞLADI - ABŞ İranı bombalayacaq!
Son xəbərlərDaha çox