Azedu.az

UNEC xarici müəlliflərlə birgə 574 elmi məqalə dərc edib

Universitetlər

12 İyun 2025, 11:12
UNEC xarici müəlliflərlə birgə 574 elmi məqalə dərc edib

"2024-cü ildə Web of Science platformasında Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının 662 məqaləsi yerləşdirilib və həmin nəşrlərə 3432 istinad olunub".

 

AzEdu.az xəbər verir ki, bunu VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov çıxışı zamanı qeyd edib.

 

O bildirib ki, cari ildə UNEC əməkdaşlarının Web of Science platformasında 662 məqaləsi yerləşdirilib və həmin nəşrlərə 3432 istinad olunub. 2020–2024-cü illər ərzində UNEC üzrə Web of Science platformasında yerləşdirilmiş məqalələr, bütövlükdə Azərbaycan universitetlərinin bu dövrdəki məqalələrinin 19 faizini təşkil edir.

 

Rektorun sözlərinə görə, 2024-cü ildə Web of Science və Scopus-da yerləşdirilmiş məqalələrə görə UNEC-in Azərbaycan universitetləri arasında payı 22.7 faiz olub. Xarici tədqiqatçıların iştirakı ilə birgə müəlliflik əsasında bu dövrdə 574 məqalə çap edilib. Eyni zamanda, 2024-cü il ərzində Scopus bazasında UNEC əməkdaşlarına məxsus 845 elmi məqalə yerləşdirilib və bu əsərlərə 6374 istinad verilib.

 

Ədalət Muradov əlavə edib ki, yalnız 2024-cü ildə birinci kvartildə yerləşdirilmiş məqalələrin sayı 484, ikinci kvartildə isə 154 olub. Birinci kvartildə yerləşdirilmiş məqalələrin sayına görə də UNEC ölkədə lider mövqedədir. O vurğulayıb ki, 2024-cü ilin ikinci yarısından etibarən bu elmi fəaliyyətin daha da genişləndirilməsi istiqamətində yeni mərhələyə keçilib.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox