Azedu.az

Cari sessiyada nə qədər tələbə imtahan verəcək? - Universitetlər CAVABLADI

Universitetlər

9 İyun 2025, 10:52
Cari sessiyada nə qədər tələbə imtahan verəcək? - Universitetlər CAVABLADI

2024–2025-ci tədris ili üzrə ali təhsil müəssisələrində semestr imtahanlarına start verilib. Bu mərhələ universitetlərdə tədris prosesinin aktivliyini və tələbə davamiyyətini qiymətləndirmək baxımından əhəmiyyətlidir. Sessiyanın miqyasını müəyyənləşdirmək üçün imtahanlarda iştirak edən tələbələrin sayı mühüm göstəricilərdən biri hesab olunur.

 

Bəs cari imtahan sessiyasında ali təhsil müəssisələrində neçə tələbənin iştirak edəcəyi gözlənilir?

 

AzEdu.az universitetlərarası sorğu keçirib.

 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) mətbuat xidmətindən bildirilib ki, ADPU-da yaz semestrinin imtahan sessiyası yazılı və şifahi formada təşkil edilir:

 

“02 iyun - 04 iyul 2025-ci il tarixləri aralığında davam edəcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir”.

 

Bakı Dövlət Universitetinin (BDU) mətbuatından verilən məlumata görə,  BDU-da yaz imtahan sessiyasında bakalavriat səviyyəsində 701 qrup üzrə 16000-dən çox, magistratura səviyyəsində 215 ixtisaslaşma üzrə 1175 magistrant iştirak edir.

 

Azərbaycan Universitetinin (AU) mətbuat xidmətindən bildirilib ki, 3000-ə yaxın tələbə yay imtahan sessiyasında iştirak edir.

 

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuatından verilən məlumata görə,  ADU-da  yaz imtahan sessiyasında 6647 tələbə iştirak edir.

 

Bakı Mühəndislik Universitetinin (BMU) mətbuat xidmətindən bildirilib ki, təhsilin hər iki səviyyəsi üzrə ümumilikdə 5600 tələbənin iştirakı nəzərdə tutulur.

 

Lənkaran Dövlət Universitetindən (LDU) verilən məlumata görə, cari yaz imtahan sessiyasında LDU-u üzrə 5421 tələbə iştirak edəcək.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən verilən məlumata görə,  2024/2025- ci il yaz imtahan sessiyasında ADNSU-da IV kurslar istisna olmaqla bakalavr üzrə 9958 nəfər imtahanda iştirak edir.

 

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, MDU-da  yazılı, test və şifahi imtahanlar aparılacaq. İki imtahan növü əyani və qiyabi formalarda aparılır. Test imtahanları isə iyun ayının 17-də başlayacaq:

 

“Sessiya ərzində universitetin bakalavriat təhsil səviyyəsi üzrə əyani formasında 3174 tələbənin ümumilikdə 801 imtahan verməsi nəzərdə tutulub. Magistratura səviyyəsi üzrə isə 174 magistrant 112 fəndən imtahan verəcək”.

 

Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətindən verilən məlumata görə, sessiya müddətində 4292 tələbə üçün ümumilikdə 1509 imtahanın təşkili nəzərdə tutulub.
 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat xidmətindən bildirilib ki,  ATMU- da cari imtahan sessiyasında universitetimiz üzrə bakalavrda 1942 tələbə, magistraturada  isə 298 tələbə iştirak edir:

 

“Ümumi olaraq isə 2240 tələbə sessiyada iştirak edəcək”.

 

 

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən bildirilib ki, ATU- da cari imtahan sessiyasında 7503 tələbə iştirak edir. 

 

 

Bakı Avrasiya Universitetinin (BAAU) mətbuat xidmətindən verilən məlumata görə, cari imtahan sessiyasında universitetimiz üzrə bakalavrda 3518, magistratura səviyyəsi üzrə isə 151 nəfər imtahanda iştirak edir.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox