Yüksək bal toplayan abituriyentlərin ən çox meyil göstərdikləri təhsil müəssisələri müəyyən olunub.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Belə ki, yüksəkhazırlıqlı abituriyentlərin Bakı Ali Neft Məktəbinə, Azərbaycan Tibb Universitetinə, ADA universitetinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına meyil və marağ böyükdür.
I ixtisas qrupu üzrə Bakı Ali Neft Məktəbi ( 651.865), ADA ( 648.637), Türkiyə- Azərbaycan Universiteti (590.515), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ( 552.320), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ( 546.510), İtaliya- Azərbaycan Universiteti (layihə ADA Universiteti tərəfindən həyata keçirilir) (534.685), II ixtisas qrupu üzrə ADA universiteti ( 618.456), Bakı Ali Neft Məktəbi ( 604.004), III ixtisas qrupu üzrə ADA niversiteti ( 637.051), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ( 608.763),Milli Aviasiya Akademiyası ( 589.219), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ( 581.242), Qarabağ Universiteti ( 531.323), IV ixtisas qrupu üzrə isə Azərbaycan Tibb Universiteti (607.986), Naxçıvan Dövlət Universitetinin ( 515.666) ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri ali təhsil müəssisələri ilə müqayisədə dahа yüksəkdir.