2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planına əsasən, ümumilikdə 60 489 yer ayrılıb.
Bəs görəsən, bu il hansı universitet plan yerləri artacaq?
AzEdu.az mövzu ilə bağlı Bakı Mühəndislik Universitetinə (BMU) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, qəbul planı artıb:
"Belə ki, bakalavr səviyyəsi üzrə 3 yeni ixtisas, magistratura səviyyəsi üzrə isə yeni 7 ixtisas (18 ixtisaslaşma) açılacaq",- deyə universitetdən məlumat verilib.
Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, bakalavriat səviyyəsi üzrə qəbul planında bəzi ixtisaslar üzrə ötən illə müqayisədə artım var.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) verilən məlumata əsasən, bakalavr pilləsi üzrə artım yoxdur:
"Lakin magistr səviyyəsi üzrə qəbul planında 10 yer artıb".