Azedu.az

Bakıda əcnəbi tələbə viza almaq üçün saxta sənəd təqdim edərkən saxlanıldı

10 Dekabr 2018, 10:35
Bakıda əcnəbi tələbə viza almaq üçün saxta sənəd təqdim edərkən saxlanıldı

Bakıda Banqladeş vətəndaşı tutulub.

AzEdu.az “Report”a istinadən xəbər verir ki, Bakıda universitetlərdən birində təhsil alan 1993-cü il təvəllüdlü Miah Khalil paytaxtda yerləşən 1 saylı Notariat Kontoruna Çexiyaya viza almaq üçün saxta sənəd təqdim edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox