Ayman Xalid Sudan vətəndaşıdır. Bakı Mühəndislik Universitetində (BMU) “Biznesin idarəedilməsi” ixtisası üzrə təhsil alır.
Azərbaycanı çox sevdiyini vurğulayan Ayman Xalid deyir ki, ölkəmizdə təhsil almaqdan məmnundur və burada tələbə olmaq onun üçün həm də unudulmaz bir səyahətə çevrilib: “Azərbaycan haqqında eşitdiyim bütün gözəl sözlərin, həqiqətlərin burada oxuduqca, yaşadıqca doğru olduğunu əyani gördüm və sevindim”.
BMU-nu seçmə səbəbinə gəlincə, Ayman Xalid bildirir ki, burada yüksək keyfiyyətli təhsili verilir və müəllimlər yalnız bilikli deyil, həm də qayğıkeşdir və tələbələrı dəstəkləyirlər: “Bu halda biz doğrudan da böyük bir ailə kimi oluruq. Müəllimlərimizə əlçatanlığı və onların yardımsevərliyini yüksək qiymətləndirirəm. Bu, mənim öyrənmə prosesimi daha maraqlı və mənalı edir”.
BMU-da yaxşı dostlar qazandığını söyləyən sudanlı tələbə onların da mehribanlığı, səmimiliyi və qonaqpərvərliyi sayəsində özünü doğma evində olduğu kimi hiss etdiyini dilə gətirir.
Boş vaxtlarında voleybol oynayan Ayman Xalid Azərbaycan dilini öyrənır və buna olduqca həvəslidir: “Artıq bir neçə əsas ifadəni öyrənmişəm. Məsələn: “Salam”, “Necəsən? "Təşəkkür edirəm", "Problem yoxdur" və.s kimi. Bu, çox əyləncəlidir və dili öyrənərək mədəniyyəti kəşf etmək xüsusi zövq verir”.
Ayman Xalid arzuladığı təhsili BMU-da ala bildiyi üçün minnətdarlığını vurğulayır və ölkəmizdə qarşısına çıxacaq gələcək imkanları səbirsizliklə gözləyir.