Azedu.az

Qarabağ Universitetində daha bir VAKANSİYA

Universitetlər

23 Aprel 2025, 13:55
Qarabağ Universitetində daha bir VAKANSİYA

Qarabağ Universiteti "Riyaziyyat", "Fizika", "Mexanika", "İnşaat", "Elektrik və elektronika", "Kompüter və informasiya texnologiyaları", "Logistika və nəqliyyat texnologiyaları" istiqamətləri üzrə müəllim vakansiyaları elan edir.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: İnşaat mühəndisliyi ixtisası üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: //bit.ly/3EyNBAq

Qeyd edək ki, müraciət üçün son tarix: 5 may 2025-ci ildir.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox