Azedu.az

BSU-nun rektoru “Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə növbəti görüş keçirib

Universitetlər

19 Aprel 2025, 14:18
BSU-nun rektoru “Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə növbəti görüş keçirib

BSU-nun rektoru “Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə növbəti görüş keçirib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, aprelin 18-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Suraxanı rayonunda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri ilə “Yeni dövrün Azərbaycanı” mövzusunda növbəti görüşü baş tutub.

 

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin deputatı, BSU-nun Roman-german dilləri kafedrasının müdiri Sevinc Fətəliyeva, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iştirak ediblər.

 

Görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev ölkəmizdə gənclər üçün yaradılan imkanlardan və həyata keçirilən təhsil proqramlarından söz açıb. Rektor Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını qeyd edib və bu çərçivədə Bakı şəhərində və regionlarda məktəblilərlə maarifləndirici görüşlərin təşkil olunduğunu diqqətə çatdırıb. O bildirib ki, bu görüşlərin əsas məqsədi Konstitusiya və suverenlik anlayışlarının mahiyyətini izah etmək, tarixi prosesləri təhlil etmək və bu mövzular ətrafında müzakirələr aparmaqdır.

 

Çıxışında Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı yolundakı misilsiz xidmətlərini vurğulayaraq, 1995-ci ildə ölkənin ilk Konstitusiyasının qəbul olunması prosesindən bəhs edib. O, həmçinin 1978-ci il Konstitusiyasında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasının milli dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

Rektor, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında çıxış edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün Azərbaycanının daha böyük uğurlara doğru irəlilədiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, BSU-nun Roman-german dilləri kafedrasının müdiri Sevinc Fətəliyeva da “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən danışaraq, dövlətçilik tariximizdə baş verən mühüm hadisələr, xüsusilə də müasir dövrdə Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi ilə bağlı fikirlərini bölüşüb.

 

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək görüşün əhəmiyyətini qeyd edib, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində bu cür tədbirlərin rolundan bəhs edib.

 

Sonda tədbir iştirakçıları ilə şagirdlər arasında sual-cavab formatında fikir mübadiləsi aparılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox