Azedu.az

Universitet kitabxanalarının reytinqi: Lider kimdir? - SORĞU

Universitetlər

Müəllimlər və elm adamları

18 Aprel 2025, 15:23
Universitet kitabxanalarının reytinqi: Lider kimdir? - SORĞU

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kitabxanalarında resurs sayı 5 milyona çatıb. Belə ki, oxucu qeydiyyatının 1091-dən 12327-ə, oxucu davamiyyətinin 15474-dən 140051-ə, kitab verilişinin 10348-dən 26161-ə yüksəlib.

 

Bəs, görəsən, bu göstərici digər universitetlərdə necədir?

 

AzEdu.az mövzu ilə bağlı universitetlərə sorğu göndərib.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, 2024-cü ilin sonuna olan məlumatlara əsasən ADPU-nun Kitabxana-İnformasiya Mərkəzi ümumilikdə 713.674 nüsxədən ibarət   fonda malikdir:

 

“Mərkəzin kitab fonduna 638.109 nüsxə kitab daxildir. Bu kitablardan 323.487 nüsxəsi Azərbaycan dilində, 300.118 nüsxəsi rus, 14.434 nüsxəsi isə digər dillərdədir. Mərkəzin e-kalaloqunda isə 70.058 nüsxə Azərbaycan dilində, 1918 nüsxə rus, 14.438 nüsxə isə digər dillərdə olmaqla, ümumilikdə 14.500 adda 86.414 nüsxə yer alıb. Hazırda mərkəzin elektron resurs sayının artırılması istiqamətində iş aparılmaqdadır.

 

2024-cü il ərzində Kitabxana-İnformasiya Mərkəzinin xidmət göstərdiyi oxucu sayı 9.646 nəfər,  e-kitabxana istifadəçilərinin sayı isə 33.663 nəfər olub. İl ərzində mərkəzə oxucu daxil olması 7.382 nəfər, kitab verilişi cəmi 29.646 nüsxə, abonement sayı 22.146 nüsxə, elektron göndəriş sayı 101 ədəd təşkil edib.

 

Qeyd edilən dövr ərzində mərkəzə müxtəlif dillərdə 2.159 kitab, 1.492 nüsxə dərslik  və dərs vəsaiti, 486 nüsxə elmi ədəbiyyat, 81 bədii, 100 ictimai-siyasi ədəbiyyat, 26  elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyası, 306  magistr dissertasiyası, 101 avtoreferat, 552 proqram, 73 dövri-elmi nəşr daxil olub”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev qeyd edib ki, kitabxananın istifadəçi aktivliyi artmaqda davam edir:

 

“Belə ki, bu il kitabxanadan istifadə edən oxucuların sayı 36134 nəfərə çatıb. Oxucu gəlişi 346667, kitab verilişi isə 788052 olaraq qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstəricilər müvafiq olaraq 34062, 344351 və 681568 idi.

 

Hazırda AzMİU-nun elektron kitabxanasında 20 000 real resurs mövcuddur. Kitabxana resurslarından universitetin tələbə və müəllimləri ilə yanaşı, məzunlar və digər əməkdaşlar da istifadə edə bilirlər. Bu göstəricilər kitabxananın təhsil mühitində oynadığı vacib rolu və artan marağı bir daha təsdiqləyir”.

 

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, elmi kitabxanada resurs sayı elektron kitablar daxil olmaqla 27068 nüsxədir:

 

“Oxucu qeydiyyatı 1055-dən 2950-ə, oxucu davamiyyəti 2350-dən 5600-ə və  kitab verilişi 1500- dən 3900-ə yüksəlib.Elmi kitabxananın fondundan professor-müəllim heyəti, inzibati işçilər və tələbələr istifadə edirlər”.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova vurğulayıb ki, kitabxana istifadəçilərinin sayı 6735-dir:

 

"Belə ki, kitab verilişi 27254, elektron resurslardan istifadə sayı isə 9872-dir".

 

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, universitetin oxucu sayı 2879, oxucu davamiyyəti 3637, kitab verilişi 948 olub:

 

“Dərsliklər tələbələrə bir simestirlik verilir. Azərbaycan Turizm və Menecment Universitetinin Kitabxana-İnformasiya Mərkəzində mövcud olan bütün resurslardan professor-müəllim-, tələbə və inzibati heyət, o cümlədən məzunlar və kənar oxucular da istifadə edə bilirlər. 2024-cü ilin statistikasına görə EBSCO elektron bazasından 3369 nəfər istifadə edib”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, kitabxana resurslarının sayı 643.956-dır:

 

“EBSCO bazası resurs sayı 11000 jurnal,27000 məqalə,2500 elektron kitab,500 dövri mətbuat.-istifadə olunan gostəricisi sayı 25230-dur.Polpred beynəlxalq məlumat bazasi resurs sayi-10000 ,istifadə olunan göstərici sayi 11867, oxucu dəvamiyyəti 77239, oxucuların elektron qeydiyyatı (şəxsi kabinetlərin açılması) 4426, kitab verilişi 11700 və elektron kitablardan online oxu rejimində istifadə sayı isə 4011-dir”.

 

Azərbaycan Dillər Universitetindən (ADU) verilən məlumata görə, hazırda ADU Elmi Kitabxana və İnformaiya Xidməti Mərkəzinin fiziki kitab fondunun ümumi həcmi 419108 saydadır və mövzu bölgüsü tədris proqramı və dilləri üzrə resursları (dərslik və dərs vəsaiti, elmi ədəbiyyat bədii ədəbiyyat sahələri) əhatə edir:

 

“Elektron Resurslar: Elektron kitabxana və elmi bazaların yetərli həcmi və müxtəlif çeşidlidir.Tələbələr üçün sərbəst girişə malik elektron resursların sayı ( universitetin abunə olduğu məlumat bazaları və koorperativ repozitoriya-DSpace) qənaətbəxşdir. Elektron kitablar və e- jurnallar EBSCOhost  (abunə olduğumuz) verilənlər bazasında akademik və peşəkar məlumat resurslarının təqdim etdiyi resurslar - 71266820 saydadır:

 

//research.ebsco.com/c/35refw/search

 

Elgar Online (Elgar Publishing)

 

//www.elgaronline.com/browse?access=user verilənlər bazasının resursları pdf formatda -7454 saydadır.JSTOR (Journal Storage platforması  //www.jstor.org/  elmi tədqiqatlara və innovativ yanaşmalara əsaslanan resursların sayı~80012000 saydadır.

 

ADU EKİXM-da Dspace institusional repozitor proqramı 2018-ci ildən qurulub və çox fəal tətbiq olunur. DSpace repozitor proqramı rəqəmsal məzmunun uzunmüddətli saxlanmasına, əldə edilməsinə və qorunmasına yönəlmiş rəqəmsal arxiv sistemi kimi xüsusi ehtiyaca xidmət edir. ADU Dspace Rəqəmsal Arxivin fonduna 2000 sayda  (elektron şəklində) dərslik və dərs vəsaiti daxildir.ADU DSpace Rəqəmsal Arxivin  qlobal və lokal linki:

 

(//adu.edu.azkitabxana/DSpace, //82.194.16.162:8080/xmlui/handle/123456789/333) istifadədir.

 

EKİXM  qlobal elmi-informasiya mərkəzlərindən istifadə üsulları, elmi-informasiya axtarışı üsullarının təqdimatını keçirir. Mütamadi olaraq elmi məqalələrin yazılma qaydaları, elmi platformalarda profillərin açılması və davamlı izlənilməsi akademik reytinqlərin hesablanması metodikasının təlimlərini keçirir.

 

Axtarış sistemləri – Oxucular üçün e-kitabxana və e- kataloqu (Koha və DSpace, və s.) mövcuddur və 24/ 7 rejimdə istifadədir.Belə ki, oxucu qeydiyyatının sayı 8788 dən  9158-ə, oxucu davamiyyətinin 30874 dən 35632-ə,   kitab verilişinin sayı  67570-dən  82996-a yüksəlib. ADUEKİXM-in resurslarından tələbə, müəllim və əməkdaşlarla yanaşı məzunları da istifadə edə bilərlər”,

 

Azərbaycan Tibb Universitetinin (ATU) İcitmaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova qeyd edib ki, kitabxanada resurs sayı 2 milyona qədərdir:

 

“Oxucu qeydiyyatı: 14151,oxucu davamiyyəti 794063 və kitab verilişi isə 1.270643-dür”.

 

Mingəçevir Dövlət Universitetindən (MDU) qeyd edilib ki, kitab sayı 34152,çap sayı 30887, elektron kitabların sayı isə 3865-dir:

 

"Kitabxanadan istifadə 29157-dir. 2024 cü ildən bu rəqəm 34107-ə yüksəlib. 2025 ci ilin ilk rübündə fonda 853 nüsxə dərs vəsaiti daxil olub".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox