Bu il 24-25 sentyabr tarixlərində Times Higher Education beynəlxalq reytinq agentliyi, Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində THE Avrasiya Universitetləri Sammiti keçiriləcək.
AzEdu.az xəbər verir ki, tədbirdə transmilli tədqiqatların sosial və iqtisadi tərəqqiyə necə təkan verə biləcəyi araşdırılacaq.
Bakı şəhərində baş tutacaq sammitdə Avropa və Asiyanın hər yerindən universitet rəhbərləri, siyasətçilər və tədqiqatçılar iştirak edəcəklər.
Tədbirdə aşağıdakı mövzular müzakirə olunacaq:
“Qlobal tədqiqat təsiri: Avrasiyanın güclü tərəflərindən istifadə etmək”;
“BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ali təhsilin rolu”;
“Qitələrin birləşməsi: ali təhsildə əməkdaşlıq və innovasiya”.
Ətraflı məlumat üçün: //lnkd.in/eYwsQU2D