Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni mətbuat katibi təyin olunub.
AzEdu.az xəbər verir ki, bu vəzifəyə tələbələr tərəfindən sevilən şəxs, ADMİU -nun "Teatr Sənəti" fakültəsinin müəllimi Elçin Cəfərov təyin olunub.
Qeyd edək ki, ixtisasca teatrşünas olan Elçin Cəfərov 2011-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi vəzifəsində olub, müxtəlif illərdə ayrı-ayrı qəzetlərdə, saytlarda çalışıb. Hazırda Teatro.az saytının Təsisçisi və şef redaktoru, YUĞ Dövlət Teatrının ədəbi hissə müdiridir.