Azedu.az

BMU-nun 4 komandası WRC-nin Azərbaycan finalına vəsiqə qazanıb

9 Aprel 2025, 12:11
BMU-nun 4 komandası WRC-nin Azərbaycan finalına vəsiqə qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “Gladiator”, “LiftUp”, “Ultimate Army”, “INHA FK” komandaları Dünya Robototexnika Çempionatının (World Robotics Championship-WRC)  Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıblar.

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib. Bildirilib ki, çempionatın seçim mərhələlərində BMU-nun gənc mühəndisləri texnoloji sahəyə dair bilik və bacarıqlarını ortaya qoyub və finalda təmsil olunmaq hüququ əldə ediblər.  

Dünya Robototexnika Çempionatı robototexnika, süni intellekt, mühəndislik və digər texnoloji sahələrdə bacarıqlı, eləcə də yenilikçi gəncləri bir araya gətirən beynəlxalq müsabiqədir. Müsabiqə hər il müxtəlif kateqoriyalar üzrə keçirilir və iştirakçılara kreativ düşüncələrini ortaya qoymaq, komanda işini inkişaf etdirmək üçün əhəmiyyətli imkanlar yaradır.  

WRC-nin Azərbaycan üzrə final mərhələsinin iyun ayında Xankəndi və Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. BMU komandaları finalda Bots Combat-Robot döyüşləri, RC Craft-Uçuş aparatlarının dizaynı və idarə olunması, RoboSoccer-Robot futbol komandaları arasında yarışlar kateqoriyaları üzrə çıxış edəcək.

Bu mərhələnin qalibləri avqust ayında Hindistanda təşkil olunacaq beynəlxalq finalda dünyanın müxtəlif ölkələrindən olan rəqibləri ilə mübarizə aparacaqlar.

Rusiyadan ŞOK AÇIQLAMA - Türk birliyi dağıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox