Azedu.az

NDU beynəlxalq reytinqlərdə konkret nəticələr əldə edib

Universitetlər

18 Mart 2025, 13:06
NDU beynəlxalq reytinqlərdə konkret nəticələr əldə edib

“Universitet əməkdaşlarının elmi göstəricilərində yüksək impakt faktorlu nəşrləri ötən illərlə müqayisədə ciddi artımla izlənilib. Scopus və Web of Science bazalarında nəşr sayı 63 olub ki, bu da ötən illərlə müqayisədə ciddi artım deməkdir. Scopus və Web of Science məqalələrinin sayı son 5 ildəki nəşrlərin sayından artıq olub”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2024-cü ilin yekunlarına və 2025-ci il üzrə prioritetlərə həsr olunan brifinqdə deyib.

 

Rektor qeyd edib ki, elə ki, NDU SDG 2 üzrə dünyanın ən yaxşı 400 universiteti, SDG 4, 7, 10, 15 üzrə ən yaxşı 600 universiteti, SDG 3 üzrə isə ən yaxşı 800 universitei arasında yer alıb.

 

Xarici ölkə əməkdaşları ilə birgə elmi tədqiqatların təşkili aparılıb. 2024-cü ildə NDU alimlərinin SCOPUS-da indekslənmiş məqalələrinin 44%-i 10 ölkənin, Web of Science-də indekslənmiş məqalələrin isə 57%-i 9 ölkənin alimləri ilə həmmüəllifli yazılıb. Elmi tədqiqatlar kafedralar nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzləri və labaratoriyalarda aparılır.

 

Hər bir əməkdaşa düşən nəşr sayında artım müşahidə olunub. 2020-ci ildə universitet üzrə cəmi nəşr sayı 579 olub ki, 1 akademik heyətə düşən nəşr sayı 1,3 olub. 2024-cü ildə nəşr sayı 2400-dən çox olub ki, 1 akademik heyətə düşən nəşr sayı 4,3 olaraq qeydə alınıb. Son 5 ildə nəşr sayı 4 dəfədən çox artıb. 1 akademik heyətə düşən nəşr sayı 3,3 dəfə artıb ki, bu da əvvəlki illərin ən yüksək göstəricisidir.

 

Əməkdaşların elmmetrik bazalara qeydiyyatında ciddi artım qeydə alınıb. 2024-cü ildə NDU alimlərinin Scopusda indekslənmiş məqalələrinin sayı 2023-cü illə müqayisədə 5 dəfə, Web of Science-də indeksləşmiş nəşr sayı 2 dəfə artıb.

 

Elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil etmək üçün universitetdə “Elmi əsərlər” jurnalı nəşr olunur.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox