Azedu.az

"Azərbaycanda bakalavr təhsilini 3 ilə endirmək mümkündür”

Universitetlər

11 Mart 2025, 16:15
"Azərbaycanda bakalavr təhsilini 3 ilə endirmək mümkündür”

“Ali məktəblərdə fənlərin sayını azaltmaqla, onların kredit sayını artırmaq və təhsilinin müddətini 3 ilə endirmək bizim üçün faydalı ola bilər”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında UNEC Biznes Məktəbinin direktor müavini, təhsil eksperti Vüsal Kərimli qeyd edib.

156490

O bildirib ki, ali təhsil sistemində bakalavr və magistr pillələri üzrə yeni təhsil proqramları hazırlanır:

 

“Hazırda bizim ali təhsil sistemində bakalavr pilləsində 36 fənn tədris olunur, digər ölkələrdə isə bu rəqəm 22-26 arasında dəyişir. Bu ciddi fərq göstərir ki, biz həm bakalavr, həm də magistratura səviyyəsində yetərli mütəxəssis yetişdirməkdə çətinlik çəkirik. Burada əlavə fənlərin əhəmiyyətini tamamilə inkar etmirəm, lakin tələbələrin öz ixtisaslarına dair fənləri daha az keçməsi və əlavə dərslərlə yüklənməsi onların konkret sahə üzrə peşəkarlaşmasına mane olur.

 

Dünyada bakalavr təhsilinin müddəti əsasən 3 ildir. Biz də bu modeli tətbiq edə bilərik. Bunun bir sıra üstünlükləri var. İlk növbədə, əsas ixtisas fənlərinə daha çox diqqət ayrılaraq tələbələrin ixtisaslaşması gücləndirilə bilər. Bundan əlavə, dövlət hesabına təhsil alan tələbələrin maliyyələşdirilməsi yükü azalar, əlavə maliyyə və resurs itkisinin qarşısı alınar. Eyni zamanda, vətəndaşlar da öz büdcələrinə qənaət etmiş olarlar. Təhsili bir il tez bitirən tələbə həm həqiqi hərbi xidmətə daha tez gedə, həm də əmək fəaliyyətinə daha erkən başlaya bilər.

 

Hazırda 4 il ərzində tədris olunan 36 fənnin yalnız 20-22-si tələbənin ixtisası ilə birbaşa bağlıdır, yerdə qalanlar isə əlavə fənlərdir. Bu isə tələbənin gələcək peşə fəaliyyətində ona lazım olmayacaq bilikləri öyrənməsinə səbəb olur. Buna görə də fənlərin sayını azaltmaq, onların kredit yükünü artırmaq və bakalavr təhsilini 3 ilə endirmək daha səmərəli ola bilər”.

Abş Ukrayna danışıqları nəticə verdi - Müharibə bitir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox