Azedu.az

8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib

Universitetlər

7 Mart 2025, 17:26
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib

Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun universitetin və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin xanım əməkdaşlarına və tələbələrinə bayram təbrikini LDU-nun sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov təqdim edib. Təbrikdə 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğu qeyd edilib, onlara minnətdarlıq bildirilib, xoş bayram arzuları çatdırılıb.


AzEdu.az xəbər verir ki, sonra LDU-nun və kollecin ictimai həyatında yaxından iştirak edən, fəallıqları ilə seçilən qadın əməkdaşların bir qrupuna universitet rəhbərliyi tərəfindən hədiyyə, tədbirdə iştirak edən bütün xanımlara çiçəklər təqdim edilib. Bayram tədbirində 8 Mart Qadınlar Günü ilə bağlı hazırlanmış video-rolik nümayiş etdirilib. Şux mahnı və rəqslərdən ibarət konsert proqramı bayrama xoş ovqat qatıb, iştirakçılara bayram əhval-ruhiyyəsi və sevinc bəxş edib.


Qeyd edək ki, 8 Mart Qadınlar Günü münasibəti ilə LDU-da çalışan bütün xanım əməkdaşlara pul mükafatları verilib.

İrandan Türkiyəyə ŞOK ZƏRBƏ-Ağır döyüşlər gedir
Son xəbərlərDaha çox