Azedu.az

MDU-da "Beynəlxalq ekoloji terrorizm" mövzusunda elmi-praktik seminar keçirilib

Universitetlər

6 Mart 2025, 17:54
MDU-da "Beynəlxalq ekoloji terrorizm" mövzusunda elmi-praktik seminar keçirilib

6 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Beynəlxalq ekoloji terrorizm: Dünyada və Azərbaycanda qarşılaşdığımız təhlükələr” mövzusunda elmi-praktik seminar təşkil olunub. Tədbirin məqsədi ekoloji terrorizmin qlobal və regional miqyasda yaratdığı təhlükələrə diqqət çəkmək, ekoloji problemlərin həlli yolları barədə müzakirələr aparmaq olub.


AzEdu.az xəbər verir ki, seminarın moderatoru MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Fəridə Həsənli olub. Tədbir videoçarxın nümayişi ilə başlayıb, daha sonra müxtəlif mövzularda məruzələr təqdim edilib. MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədova “Müharibələrin və miqrant axınının ətraf mühitdə yaratdığı mənfi təsirlər”, Fizika və Ekologiya kafedrasının müəllimi Aysel Bayramova “Müharibə və siyasi konfliktlərdə ekoloji terror”, Fizika və Ekologiya kafedrasının müəllimi Fatimə Məmmədova “Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror”, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Gültac Rzabəyli-Aliyeva “Ekoloji terrora son!” məruzələrlə çıxış edərək, ekoloji terrorizmin müxtəlif aspektləri, müharibələrin və siyasi qarşıdurmaların ətraf mühitə vurduğu ziyan, eləcə də Azərbaycanın bu sahədə qarşılaşdığı problemləri geniş şəkildə təhlil ediblər.


Seminarın sonunda müzakirələr aparılıb, iştirakçılar ekoloji təhlükəsizlik sahəsində görülməli olan tədbirləri vurğulayıb və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər. MDU ekoloji problemlərin araşdırılması və həlli yollarının müzakirəsinə xüsusi önəm verərək, bu istiqamətdə elmi tədbirlərin keçirilməsini davam etdirəcəkdir.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox