Azedu.az

UNEC-də inklüziv tədbir: “Bu dəfə Analar danışacaq”

Universitetlər

6 Mart 2025, 16:32
UNEC-də inklüziv tədbir: “Bu dəfə Analar danışacaq”

UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı və UNEC Tələbə Həmkarlar Komitəsinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Bu dəfə Analar danışacaq” adlı tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tədbirin açılışını etdikdən sonra, İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova tədbir barədə məlumat verib. Bildirib ki, tədbirin əsas məqsədi əlilliyi olan tələbələrin analarının yaşadıqları çətinlikləri və övladlarının qazandıqları uğurları bölüşmələrinə imkan yaratmaqdır. Əlilliyi olan şəxslərin təhsilə və cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlardan söz açan S.Məhsimova UNEC-də inklüziv təhsil sahəsində nümunəvi modelin tətbiq edildiyini diqqətə çatdırıb. O, əlilliyi olan gənclərin UNEC-in bütün təhsil, eləcə də sosial imkanlarından bərabərhüquqlu istifadə etməsi üçün bütün imkanların yaradıldığını və infrastrukturun təmin edildiyini bildirib.

Sonra tədbirdə iştirak edən analar övladları ilə birlikdə keçdikləri çətinliklərdən danışıblar,  qarşılaşdıqları maneələri aşmağın yolları barədə həyat təcrübələrini bölüşüblər.

Tədbirdə iştirak edən AR Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyinin departament rəhbəri Tünzalə Verdiyeva, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova, “Zəfər” İB sədri Pərvanə Salmanqızı, terapevt və osteopat Elfanə Süleymanova və digər qonaqlar tədbirin əhəmiyyətini vurğulayaraq, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təşviq edilməsinin vacibliyini bildiriblər. Onlar həmçinin belə tədbirlərin ictimaiyyətin diqqətini bu sahəyə yönəltmək və təhsil imkanlarının hər kəs üçün bərabər olmasını təmin etmək baxımından müstəsna rol oynadığını ifadə ediblər.

Tədbirin bədii hissəsi UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin və “Bacarıqlı Əllər” İctimai Birliyinin hazırladıqları proqramla davam edib.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox