Azedu.az

Azərbaycan universitetlərində təqaüd alan tələbələrin SAYI

Universitetlər

6 Mart 2025, 16:44
Azərbaycan universitetlərində təqaüd alan tələbələrin SAYI

Təqaüdlər tələbələrə təhsil xərclərini qarşılamaq üçün bir növ maliyyə dəstəyi təqdim edir. Belə ki,təqaüdü həm yerli, həm də xarici tələbələr ala bilir. Təqaüdlər müxtəlif sahələrdə olur: akademik uğur, ehtiyac əsasında, və ya müəyyən ixtisaslar üzrə ixtisaslaşan tələbələr üçün təklif edilə bilər.

 

Maraqlıdır, ötən il neçə universitetdə təhsil alan tələbə təqaüd alıb? 

 

Dövlət Statistika Komitəsindən AzEdu.az-a bildirilib ki, Dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sayı 182121 nəfərdir:

 

“Onlardan 100719 tələbə təqaüd alıb. Əyani şöbələrində tələbələrin ümumi sayına nisbətdə, bu 55,3% təşkil edir”.

 

Həmçinin Dövlət ali təhsil müəssisələrində müqavilə ilə təhsil alan tələbələrin sayı 201855 nəfərdir:

 

“Onlardan təhsil haqqını müqavilə əsasında tam ödəməklə təhsil alan tələbələrin sayı 94717-dir. Tələbələrin ümumi sayına nisbətdə bu 46,9% təşkil edir”.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox