Azedu.az

BMU Azərbaycandan Dünya İqtisadi Forumunun platformasına qoşulan ilk universitet oldu

Universitetlər

6 Mart 2025, 15:43
BMU Azərbaycandan Dünya İqtisadi Forumunun platformasına qoşulan ilk universitet oldu

4SİM-in Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığı çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) və İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Forumun “Strategic Intelligence” (Strateji zəka) platformasına məzmun təminatçısı kimi üzv olublar.


AzEdu.az xəbər verir ki, BMU “Strategic Intelligence” platformasında məzmun təminatçısı statusunu alan ilk Azərbaycan universiteti, İSİM isə ilk yerli təşkilatdır. Qeyd edək ki, platformanın qeydiyyatdan keçmiş istifadəçi sayı 1 milyondan çoxdur. Burada Harvard, Yel, Oksford universitetləri və KAİST də daxil olmaqla, 400-dən çox məzmun yaradan akademik tərəfdaş var.“Strategic Intelligence” yüzlərlə qlobal problemlərin və onların qarşılıqlı xəritəsini özündə birləşdirən platformadır. Süni intellekt əsaslı bu platforma hər hansı bir mövzuda əsas məsələlər üzrə daha geniş perspektivli məlumatlar əldə etməyə və həmin mövzularla bağlı əsas tendensiyaları başa düşməyə imkan verir. Məlumat “transformation map” adlanan interaktiv, dinamik məlumat vizuallaşdırması şəklində təqdim olunur.


Transformasiya xəritələri ümumilikdə 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji, o cümlədən digər qlobal problemlər arasında əlaqələri araşdırmağa və anlamağa kömək edir.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox