Azedu.az

ADA-nın yaranmasından 19 il ötür

Universitetlər

6 Mart 2025, 13:44
ADA-nın yaranmasından 19 il ötür

Bu gün Azərbaycan Diplomatik Akademiyasının yaranmasından 19 il ötür.

AzEdu.az-ın məlumatına görə, universitet 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində ali təhsil müəssisəsi olaraq Azərbaycan Diplomatik Akademiyası adı altında yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb.

Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor Hafiz Paşayevdir.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox