Dünyanın ən qədim 10 universitetinin siyahısı məlum olub.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən siyahıda yer alan ilk iki universitet İslam dünyasına mənsub olsa da ikinci minillikdən başlayaraq təşəbbüs əldən verilmişdir.
Siyahını təqdim edirik:
1. Əl-Qaraviyyin Universiteti (859-cu il, Mərakeş, İslam elmlərinin mərkəzi olmuşdur)
2. Əl-Əzhər Universiteti (970-ci il, Misir)
3. Bolonya Universiteti (1088, İtaliya) – Qərb dünyasında ilk universitet.
4. Oksford Universiteti (1096, İngiltərə)
5. Paris Sorbon Universiteti (1150, Fransa)
6. Salamanka Universiteti (1134, İspaniya, Kolumbun Amerikanı kəşfi planları bu unibersitetdə müzairə edilmişdir)
7. Kembric Universiteti (1209, İngiltərə)
8. Padua Universiteti (1222, İtaliya, Qalileo Qaliley burada dərs demişdir)
9. Neapol Federico II Universiteti (1224, İtaliya)
10. Koimbra Universiteti (1290, Portuqaliya)