Azedu.az

MDU-nun rektoru fəlsəfə doktoru ilə görüşüb

Universitetlər

5 Mart 2025, 09:25
MDU-nun rektoru fəlsəfə doktoru ilə görüşüb

4 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov fəlsəfə doktoru diplomunu almış Xarici dillər kafedrasının müəllimi Gülnarə Qurbanova ilə görüşüb.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, görüşdə Xarici dillər kafedrasının müdiri Mehdi Rəhimov da iştirak edib.

Üzeyir Zeynalov Gülnarə Qurbanovanın 2025-cü il fevral ayının 7-də Azərbaycan Dillər Universiteti “İngilis dilində slənqlərin sosiolinqvistik xüsusiyyətləri” mövzusunda dissertasiya işini uğurla müdafiəsini yüksək qiymətləndirərək onu bu münasibətlə təbrik edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

 

Ü.Zeynalov MDU-da elmi dərəcəsi və elmi adı olan əməkdaşların sayının artmasının universitetinin elmi potensialın güclənməsi baxımından müstəsna rol oynayacağını bildirib və xarici dillər üzrə fəlsəfə doktoru diplomunu G. Qurbanovaya təqdim edib.

 

Göstərilən diqqət və təbrikə görə minnətdarlığını bildirən G. Qurbanova MDU-nun inkişafında töhfə verəcəyinə, ona göstərilən etimadı doğruldacağına əminliyini bildirib.

 

Qeyd edək ki, hazırda MDU-da əməkdaşların elmi dərəcə və elmi adlar almaları üçün müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.

TƏCİLİ! Sərhədimizdə gərginlik - Müharibə başlayır?
Son xəbərlərDaha çox