4 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Gənc Alimlər Şurasının təşkilatçılığı
ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Elm günü"nə həsr olunmuş"Milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği" mövzusunda elmi konfrans keçirilib.
AzEdu.az xəbər verir ki, tədbir MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayevin moderatorluğu ilə baş tutub. Konfransın açılışında tədbir iştirakçılarına mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Elmi konfransda MDU-nun baş müəllimi, t.f.d., Gənc Alimlər Şurasının sədri Aygün Qədirova "Ulu Öndər Heydər Əliyev - müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir" MDU-nun baş müəllimi, h.f.d., Gənc Alimlər Şurasının üzvü Hüseyn Əsgərov "Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi: tarixi- nəzəri baxış", MDU-nun baş müəllimi, fil.f.d., Gənc Alimlər Şurasının üzvü Səadət Ağakişiyeva "Azərbaycan məhbəs ədəbiyyatında suverenlik çağırışları" mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Konfrans iştirakçıları Azərbaycanın milli suverenliyinin və hüquqi dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb, müstəqil dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində elmi-praktiki yanaşmaları bölüşüblər. Tədbirin sonunda iştirakçılar elmi konfransın yüksək təşkilatçılıq səviyyəsini qeyd edərək, bu kimi tədbirlərin mühüm elmi və maarifləndirici əhəmiyyət daşıdığını bildiriblər.