Azedu.az

Qazaxıstanlı nazir: Qarabağ Universiteti ilə sıx əməkdaşlıq etməyi planlaşdırırıq

Universitetlər

4 Mart 2025, 13:42
Qazaxıstanlı nazir: Qarabağ Universiteti ilə sıx əməkdaşlıq etməyi planlaşdırırıq

Qarabağ Universiteti ilə sıx əməkdaşlıq etməyi planlaşdırırıq.

AzEdu.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek jurnalistlərə açıqlamasında deyib.

"Dünəndən Bakıda görüşlər keçiririk. Bütün görüşlərdə, eləcə də bu dəyirmi masada çox isti münasibət gördük. Qarabağ Universiteti ilə sıx əməkdaşlıq etmək istəyirik. Biz hamımız Türk dövlətləriyik, Qarabağ Universiteti bizim ortaq dəyərimizdir. Qazaxıstanlı professorların, müəllim və tələbə heyətinin bu universitetdə olmasını çox istəyirik. Eyni zamanda, Qarabağ Universitetinin tələbələrinin də Qazaxıstan ali təhsil müəssisələrinə mübadiləsi planlaşdırılır", - nazir qeyd edib.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox