Azedu.az

Bu universitetə yeni prorektor təyin edildi

Universitetlər

3 Mart 2025, 14:08
Bu universitetə yeni prorektor təyin edildi

Naxçıvan Dövlət Universitetinə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor təyin edilib.

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Nicat Yaqubov təyin olunub.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov bundan öncə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

TƏCİLİ! Rusiyanın əraziləri VURULUR - Ardıcıl partlayışlar
Son xəbərlərDaha çox