Azedu.az

AzMİU Malaziya universiteti ilə əməkdaşlığa başlayır

Universitetlər

28 Fevral 2025, 09:58
AzMİU Malaziya universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Malaziyanın nüfuzlu universitetlərindən olan Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universitetinin Keyfiyyət İdarəetmə direktoru Nur Zahdı Aldın ilə görüş keçirib. 

Universitetdən AzEdu.az-a bildirilib ki, görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə və Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev iştirak ediblər.

Görüş çərçivəsində elmi tədqiqat, beynəlmiləlləşdirmə və universitetin strateji inkişaf hədəfləri müzakirə olunub. Tərəflər gələcək əməkdaşlıq imkanlarını dəyərləndirib və birgə fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Nəticə olaraq, yaxın vaxtlarda AzMİU və Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılır. Bildirək ki, bu addım Asiya universitetləri ilə beynəlxalq əlaqələrinin genişlənməsinə və elmi-tədqiqat sahəsində yeni imkanların yaradılmasına töhfə verəcək. 

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox