Azedu.az

AzMİU tələbələrin inkişafını dəstəkləyən yeni layihəyə imza atıb

Universitetlər

27 Fevral 2025, 16:07
AzMİU tələbələrin inkişafını dəstəkləyən yeni layihəyə imza atıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin fərdi inkişafını dəstəkləmək istiqamətində yeni layihəyə imza atıb. 

Universitetdən AzEdu.az-a bildirilib ki, bu məqsədlə THİK və “Edumeta Academy” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, AzMİU-nun “Memarlıq”, “İnşaat mühəndisliyi” və “Geodeziya” ixtisasları üzrə təhsil alan tələbələri ödənişsiz təcrübə proqramlarında iştirak edəcək, işlə təmin olunacaq və akademiyanın kurslarında xüsusi endirimlər qazanacaqlar. Tələbələr həmçinin “Edumeta Academy” tərəfindən tədris olunan bütün proqramlara 50% endirimlə qoşula biləcəklər.

AzMİU tələbələrin akademik biliklərlə yanaşı, şəxsi inkişafını və karyera perspektivlərini artıran layihələrə xüsusi önəm verir. THİK və “Edumeta Academy” arasında imzalanan müqavilə də məhz buna xidmət edir. 

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox