Azedu.az

UNEC-də daha bir YENİLİK

Universitetlər

26 Fevral 2025, 15:01
UNEC-də daha bir YENİLİK

"Azərbaycan Respublikasının Elm və təhsil naziri hörmətli Emin Əmrullayevin əmri ilə "müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramlarının" hazırlanmasına başladıq".

AzEdu.az xəbər verir ki, bu sözləri UNEC-in rektoru Ədalət Muradov rəsmi feysbuk hesabında qeyd edib.

Rektor bildirib ki, bu məqsədlə yaradılmış komissiyada bir sıra iri işəgötürənlərin nümayəndələrinin iştirakı onların istədiklərini daha yaxşı anlamağa imkan verəcək:

"Bütün hallarda hazırlayacağımız yeni təhsil proqramlarının hazırda qüvvədə olan proqramlarla müqayisədə daha təkmil olacağına inanıram. 

Uğurlar!

Hər şey daha da yaxşı olacaq!",- deyə qeyd edib.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox