Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.
AzEdu.az xəbər verir ki, Universitetdən bildirilib ki, müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyinin) Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində, 1996-cı il 7 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.
Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.