Azedu.az

MDU-da tədbir keçirilib

Universitetlər

21 Fevral 2025, 15:39
MDU-da tədbir keçirilib

21 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Yevlax Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" nə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci il dönümünə həsr olunmuş “Qanunun aliliyinin və tam suverenliyin əldə olunmasının miqrasiya axınlarına təsiri və tənzimlənməyən miqrasiyaya qarşı mübarizə rolu” mövzusunda tədbir keçirilib.

Bu barədə AzEdu.az-a MDU-dan məlumat verilib.

Tədbir MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun açılış nitqi ilə başlayıb. O, qanunun aliliyinin və suverenliyin təmin olunmasının miqrasiya proseslərinin tənzimlənməsindəki əhəmiyyətinə toxunaraq, belə tədbirlərin ölkəmizin miqrasiya siyasətinin daha da inkişafına töhfə verəcəyini vurğulayıb.

Daha sonra tədbirdə Yevlax Regional Miqrasiya İdarəsinin rəisi Vüqar Xəlilov, Yevlax Regional Miqrasiya İdarəsinin qəbul şöbəsinin baş inspektoru İlham İbrahimov, Yevlax Regional Miqrasiya İdarəsinin nəzarət şöbəsinin baş inspektoru Fərid Sayılov və Yevlax Regional Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinin baş inspektoru Rəşad Hacıyev də çıxış edərək, miqrasiya proseslərinin tənzimlənməsi və qanunsuz miqrasiya ilə mübarizənin vacibliyini qeyd ediblər. Həmçinin, tədbir iştirakçıları miqrasiya axınlarının müasir dövrdə dövlətlərin suverenliyinə və təhlükəsizliyinə necə təsir etdiyini müzakirə ediblər.

 Sonda iştirakçılar müzakirə apararaq, miqrasiyanın daha yaxşı tənzimlənməsi və bu sahədə dövlətin siyasətinin gücləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüblər.Tədbir həmçinin, miqrasiya məsələləri üzrə mütəxəssislərin bir araya gəlməsi və məlumat mübadiləsi aparması baxımından böyük əhəmiyyət kəsb edib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox